Qazaxıstan xüsusi təyinatlıları Talqara yeridildi
Dərc olunub:
14-10-2024, 07:24
Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyası Almatı vilayətinin Talqar şəhərində 16 yaşlı yeniyetmənin səs-küylü qətlindən sonra ictimai asayişin qorunmasına cəlb edilib.
Bu barədə “Kazinform” məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Almatıdan 25 km şərqdə yerləşən Talqarda 16 yaşlı yeniyetmə atasının gözü qarşısında öldürülüb. Region polisi faktla bağlı cinayət işi açıldığını və hadisənin bütün iştirakçılarının saxlanıldığını bildirib. Bundan sonra naməlum şəxslər qətlə yetirilən yeniyetmənin ailəsinin yaşadığı evə od vurub, nəticədə ev tamamilə yanıb.
Hadisə respublikada geniş ictimai rezonansa səbəb olub.