Erməni əsgər hərbi hissədə özünü öldürdü
Dərc olunub:
14-10-2024, 01:48
Oktyabrın 13-də saat 09:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dəllakyanın meyiti aşkar edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onun aldığı güllə yarasından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Erməni mətbuatının məlumatına görə, bu gün meyiti tapılan erməni hərbçi Aqasi Dəlləkyan Mehridəki hərbi hissədə qulluq edirmiş.
Onun 9 aydır xidmət etdiyi bildirilib.
***
Erməni mediası Dəlləkyanın intihar etdiyi barədə məlumat yayıb.
Bildirilib ki, intihar hadisəsi ilə bağlı artıq həbslər də var.
Son xəbərlər
