Sizin Reklam Burada

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdıZəngəzur nəqliyyat dəhlizi təşəbbüsü beynəlxalq oyunçular, o cümlədən İsrail üçün geniş təsirləri olan Cənubi Qafqazın geosiyasi dinamikasının kritik elementinə çevrilib. Təklif olunan dəhliz Qərbə qarşı mübarizədə müttəfiq olan Rusiya və İran arasında mühüm ayrılma nöqtəsidir.

Axar.az xəbər verir ki, bu barədə "Jewish News Syndicate” nəşrində dərc olunan məqalədə bildirilib.

“Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib. Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi”, - məqalədə bildirilib.

Qeyd edək ki, 1920-ci ilin yanvarın 11-də Paris sülh konfransında müstəqilliyimiz tanınarkən qəbul edilən xəritədə Zəngəzur və Göyçə Azərbaycan ərazisi kimi təsdiqlənib. Həmin xəritə hazırda Parisdə saxlanılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər