Sizin Reklam Burada

İranda bioterror: 343 nəfər zəhərləndi, 41 nəfər öldü

İranda bioterror: 343 nəfər zəhərləndi, 41 nəfər öldüSon 10 gün ərzində İranın Gilan, Mazandaran, Həmədan və Kürdüstan əyalətlərində saxta spirtli içkidən 343 nəfər zəhərlənib, onlardan 41 nəfəri ölüb.

Axar.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb.

“10 gün ərzində zəhərlənmə və ölüm hallarının çoxluğu qeyri-adidir və bu, müəyyən şəxslər və qruplar tərəfindən bioterrorizmin həyata keçirilməsindən xəbər verir”, - qəzet yazıb.

Nəşr qeyd edib ki, dörd istehsalçının dörd əyalətdə eyni anda zəhərli məhsul istehsal etməsi mümkün deyil və burada araşdırılması vacib olan şübhəli məqamlar var.

Qeyd edək ki, bütün məhdudiyyətlərə baxmayaraq, İran əhalisi spirtli içkidən istifadə sahəsində dünyada ön yerlərdən birini tutur. 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı İranın adambaşına spirtli içki istehlakına görə 189 ölkə arasında 9-cu yerdə olduğunu açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər