Azərbaycan Ermənistanla bağlı məhkəməyə MÜRACİƏT ETDİ
Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistanla bağlı 2 dövlətlərarası arbitraj iddiası təqdim edib.
Modern.az-ın məlumatına görə, bu barədə beynəlxalq arbitraj məsələləri üzrə erməni ekspert Sarqis Qriqoryan məlumat verib.
O qeyd edib ki, artıq məhkəmələr təyin edilib və sədrləri məlumdur. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır.
Sarqis Qriqoryanın sözlərinə görə, iddiaların məxfiliyi hələ də açılmayıb. Ermənistan bu barədə heç bir açıqlama verməyib.
Nəşr qeyd edir ki, Azərbaycan Qarabağda ətraf mühitin və biomüxtəlifliyin məhvinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Ekspert iddiaların bu barədə olduğunu düşünür.
Qriqoryan bildirir ki, 2023-cü ilin yanvarında təqdim edilən ilk iddia Vəhşi təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsindədir. Qriqoryanın sözlərinə görə, Azərbaycan BMT-nin 2022-ci il hesabatını da sübut kimi göstərib ki, Ermənistan meşələri qırıb.