Xamenei “öldü” xəbəri yayılan generalı təltif edəcək
Dərc olunub:
9-10-2024, 16:16
İranın ali rəhbəri Ayətullah Xameneinin yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Kaanini “Fəth” medalı ilə mükafatlandıracağı gözlənilir.
Modern.az xəbər verir ki, bunu SEPAH Ordusu baş komandanının müşaviri, general İbrahim Cebbari mətbuata açıqlamasında deyib.
General Cebbari haqqında “öldü” deyilən İsmayıl Kaaninin səhhətinin yaxşı olduğunu da bildirib.
“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrailin reket hücumunda Qüds Qüvvələrinin komandanı, briqada generalı Kaaninin həlak olduğu barədə məlumat yayılmışdı.