Sizin Reklam Burada

Paşinyan sülh sazişindən danışdı: Biz hazırıq!

Paşinyan sülh sazişindən danışdı: Biz hazırıq!Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.

Paşinyan razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı, digər məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər.

O deyib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

Baş bazir bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər