Rusiyanin Ukraynada taktiki üstünlüyü ABŞ-dakı seçkilərə görədir...
Ukrayna cəbhəsində Rusiyanın taktiki üstünlüyü müşahidə olunur. Rusiya Kurskda əlavə canlı qüvvə cəlb edərək, Ukrayna ordusunu sıxışdırmağa nail olub. Həmçinin Donetskdə Uqledar şəhərini işğal etməklə, kiçik uğurlar psixoloji üstünlüyü artırıb.
Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, buna baxmayaraq Ukrayna Kurska daxil olmaqla Rusiyaya psixoloji və hərbi zərbə vurub. Amma, Ukrayna bunun nəticəsində Uqledarı itirdi və yeni ərazilər itirməkdədir. Qərbdən verilən silahlar Rusiya üzərində nəinki qələbə əldə etməyə, heç işğalçıları öz ərazilərindən çıxarmağal gətirib çıxarmır. Cəbhədə situasiya dramati olaraq qalır:
"Ukrayna rəhbərliyi çıxış yolu kimi Qərbin daha dağıdıcı silahlarının göndərilməsində görür. V. Zelenskinin ABŞ səfərində ona seçkilərin nəticələrini gözləmək tövsiyə olunur. Görünür, Ukrayna cəbhəsində yeni mərhələ noyabrdan sonra başlayacaq. Əgər, K.Harris seçkilərdə qalib gələrsə, ABŞ Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verəcək, həmçinin yeni silah partiyaların tədarükünü artıracaq. Birinci, Ukraynada göndərilən raketlərlə Rusiyanın dərinliklərində olan hərbi təyinatlı mövqelər vurulacaq. İkinci, F16 qırıcıların yeni partiyasi göndəriləcək. Üçüncü, "Muzdlu döyüşçü" kimi NATO elit qüvvələri cəbhə bölgəsinə göndəriləcək.
Bundan sonra müharibə iki il davam edərsə, Ukrayna üçün canlı qüvvə baxımından çətin olacaq. Ukrayna Əfqanıstandakı kimi "mücahidlər" deyil ki, müharibə uzun illər davam etməklə, canlı qüvvə baxımından əziyyət çəkməsin. Ukraynalılar yorulur və cəbhə xəttində canlı qüvvə çatışmamazlığına gətirib çıxarır. Müharibə bir ildə uzanacaqsa, Ukraynaya kifayət qədər dağıdıcı silahlarının göndərilməsi gecikərsə, canlı qüvvə çatışmamazlığına görə Rusiya qarşısında çətin vəziyyətlə üzləşəcək. Onda Qərb ordusu Rusiya ilə qarşı-qarşıya gələcək. Çünki, Qərbin Ukraynanı Rusiyaya güzəştə getməsi, strateji məğlubiyyətinə gətirib çıxarar. NATO Rusiya qarşısında məğlub olar".