Qazaxıstanda mədəndə qəza: ölənlər var
Dərc olunub:
7-10-2024, 12:32
Qazaxıstanın Balxaş şəhəri yaxınlığında yerləşən "Sayak" mədənində qəza baş verib.
Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Qəza nəticəsində 2 işçi həlak olub.
Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, qəza baş verən şaxtadan mis-sulfid filizi çıxarılır.