Referendumla bağlı Bakıdakı seçki məntəqəsi Qazax Kamera Xorunun iştirakı ilə açılıb
Qazaxıstanda AES tikintisi məsələsi ilə əlaqədar keçirilən referendumla bağlı Qazaxıstanın Azərbaycandakı Səfirliyi yanında seçki məntəqəsi Q.Jubanova adına Aktyubinsk Kamera Xorunun ifasında Qazaxıstan Respublikasının dövlət himinin səsləndirilməsi ilə öz işinə başlayıb.
Xorun kollektivi Bakıya XVI əsrin məşhur şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qastrolla təşrif buyurublar. Qazaxıstanlılar ölkə üçün vacib olan bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyan ilk vətəndaşlardan biri oldular.
“Bu gün tarixi əhəmiyyətli bir gündür. Q.Jubanova adına Akyubinsk Vilayət Filarmoniyasının Qazax Kamera Xorununn kollektivi Azərbaycanda ezamiyyətdə olmasına baxmayaraq, Qazaxıstan Respublikasının Səfirliyinə gəlib və referendumda iştirak edib. Mən öz seçimimi etdim və ölkənin gələcəyinə səs verdim”, - deyə, xorun dirijoru Merbol Kuspanov bildirib.