Bu ölkə Livandan 250 vətəndaşını təxliyə etdi
Dərc olunub:
5-10-2024, 10:08
Böyük Britaniya hökuməti çarter reysləri ilə Livandan 250 vətəndaşını təxliyə edib.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sonuncu – 4-cü reysin oktyabrın 6-da Beyrutdan uçması planlaşdırılır.
XİN ölkədə qalan britaniyalıları təcili olaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağa çağırıb:
"Tələb azaldığına görə əlavə uçuşlar həyata keçirmək planları yoxdur, lakin biz vəziyyəti yaxından izləməyə davam edəcəyik".