İsrail məqsəduyğun şəkildə İranı müharibəyə sürükləyir
“Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində öldürülməsi İsrailin məqsəduyğun şəkildə İranı müharibəyə sürükləmək istədiyini göstərir.
Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.
Onun fikrincə,"Hizbullah" liderinin təhlükəsizliyi ilə bağlı yüksək səviyyədə tədbirlərin görulməsinə baxmayaraq onun izlənilməsi və yerinin müəyyən edilməsi MOSSAD-ın yüksək səviyyədə profesannalığından xəbər verməklə, informasiyanın "Hizbullah"ın daxilindən və ya İran tərəfindən sızması ilə bağlı ehtimallara əsas verir: “Nəsrullahın şəhadəti İranı son dərəcə ağır bir duruma salıb. İranın Nəsrullahın qətlinə hərbi reaksiya verməsi, onu mütləq şəkildə İsraillə müharibəyə sürükləyəcək. İsrail buna hazırdır və kollektiv Qərbin, ilk növbədə ABŞ-ın onu dəstəkləyəcəyi əmindir. ABŞ-ın İsraili İranın mümkün zərbələrindən qorumaq uçun Yaxın Şərqə yerləşdirdiyi qüvvələrin sayı 40 mini keçib:
"İranın isə HƏMAS lideri Haniyənın qətlindən sonra İsraillə mübarizəni yalnız özunə bağlı proiksi qüvvələrinin vasitısilə aparması, onun hazırkı şəraitdə də məhz bu qüvvələri səfərbər etməklə İsrailə mübarizə aparacağını söyləməyə əsas verir. Hərçənd İranla bağlı proiksi qüvvələrinin də hərbi əməliyyatları həyata keçirmək imkanları xeyli məhdudlaşıb”.
Politoloq qeyd edi ki, "Hizbullah" lideri ilə onun bir çox tanınmış komandirlərinin qətli "Hizbullah"ın yaxın perspektivdə özünə gəlməyəcəyini söyləməyə əsas verir. ABŞ və Britanıyanın başçılıq etdikləri koalisiya qüvvələrinin birgə səyləri ilə husilərin də imkanları xeylı daralıb. Bununla belə, Nəsrullahın ölümündən sonra husilərin Netenyahunun qətlinə fərman vermələri və hətta onun təyyarəsinin enəcəyi Ben Qurion hava limanının vurulması ilə bağlı xəbərlər də yayımlandı:
“İsrailin Livanda keçirdiyi "peycər əməliyyatlarına" ABŞ-ın məlum reaksiyası, rəsmi Təl-Əvivi ittiham edən bəyənatların verilməməsi də göstərir ki, Yaxın Şərqdə eskalasiyanın gücləndirilməsi istiqamətində İsrailin hərəkətlərini əvvəlcədən ABŞ-la razılaşdırırmış. Kollektiv Qərbə qarşı mübarizədə İranı müdafiə edəcək beynəlxalq güclər tərəfindən rəsmi Tehranı eskalasiyanın gücləndirilməsinə səbəb ola biləcək addımlardan çəkinməklə bağlı çağırışlar hazırki şəraitdə İranı qlobal qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkinməyi tövsiyə edir.
İran prezidenti Məsud Pezeşkianın Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiysı çərçivəsində tədbirlərdə keçirdiyi görüşlər zamanı İranın İsraillə müharibəsindən Qərbin ölkə daxilində igtişaşlar yaratmaq və İranı daxildən parçalamaq uçun cəhdlərdə bulunacağı ilə bağlı xəbərdarlıği İran hakim siyasi elitasının hadisələrə necə ehtiyatla yanaşaraq qərarlar qəbul edəcəyindən xəbər verir. Pezeşkian İranda başlanacaq igtişaşların İranın daxildən parçalanmasına və İran ərazisində Kürdistan, Bəlucistan, Xuzistan, Sistan və Azərbaycan kimi yarımmustəqil dövlətlərin yaranmasına hesablandığını deməklə İranı gözləyən mümkün geosiyasi və sosial təlatümlərə işarə etmişdir. Bəzi mütəxəsislər hadisələrin bu səmtdə inkışafının qarşısının alınması üçün rəsmi Tehranın proiksi qüvvələrlə bağlı məsələlərdə Qərblə gizli sövdələşmələrə gedəcəyini istisna etmirlər.
Proiksi qüvvələrinin zərərsizlışdirilməsinə rəsmi Tehranın razılığı isə onun bölgədə olan nüfuzunun sarsılmaslna gətirib çıxara bilər.
Hər şey İran siyasi elitası daxilində əldə edilə biləcək razılıqlardan və İranın bölgədə nüfuzunun sarsılmasında maraqlı olmayan qlobal oyunçuların bu məsələlər ətrafında İrana dəstəklərindən asılı olaraq intişar tapacaq”.