İranın İsrailə raket hücumları bazarları silkələdi
İranla İsrailə raket hücumları dünya xammal və fond bazarlarını silkələyib.
Modern.az xəbər verir ki, hücumlar başlanandan qısa müddət sonra birjalarda neftin qiyməti 5 faiz artaraq 75 dolları keçib.
London birjasında Brent markalı neftin qiyməti bir barel üçün 75,29 dollara yüksəlib.
Dünyadakı xam neft tədarükünün təxminən üçdə birinin Yaxın Şərqin payına düşür və burada hər hansi qeyri-sabitlik riskləri artırı. düyünü nəzərə alsaq, bu qiymət artımı neftin risk səbəbindən bahalaşdığını göstərir.
Ekspertlərin fikrincə bu da son olmayacaq. Əgər əvvəlki bahalaşma İranın İsrailə gözlənilən hücumu ilə bağlı idisə, bu dəfə neftin qiymətinin artmasının səbəbi İsrailin cavab tədbirləri görəcəyi ilə bağlı xəbərlərdir.
İranın Hörmüz boğazını bağlamaq ehtimalı isə ən pis ssenari hesab edilir.
Dünya neft tədarükünün 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirir.
Hörmüz boğazında hər hansı məhdudiyyətlərin tətbiqi neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Yaxın Şərqdə baş verən hadisələr xüsusi narahatlıq doğurur, çünki münaqişənin kəskinləşməsi əmtəə bazarlarına ciddi təsir göstərə bilər.
Qızıla gəlincə, o da artan qeyri-müəyyənlik fonunda 1 faiz dəyər qazandı.
Bütün qeyri-sabit dönəmlərdə təhükəsiz alət olan qızılın qiytməti yenidən 1 unsiya üçün 2700 dollara yaxınlaşdı.
İranın İsrailə raket hücumu həm Avropa və Amerika fond bazarlıarına da təsir edib. Gün ərzində əsas indekslər aşağı düşüb.
Nyu-Yorkda DowJones 0,43 faiz, S&P 500 1,01 faiz, Nasdaq 1,74 faiz dəyər itirib.