Türkiyənin tanınmış jurnalisti ölüb
Dərc olunub:
1-10-2024, 09:30
Türkiyənin tanınmış jurnalisti Güneri Cıvaoğlu ölüb.
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, o, bir müddətdir müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, G.Cıvaoğlu 1939-cu ildə Ankarada anadan olub. O, jurnalistika fəaliyyətinə 1960-cı illərdən başlayıb. “Sabah”, “Milliyyət” kimi qəzetlərdə işləyib. Aparıcısı olduğu “Şəffaf otaq” proqramı ilə məşhurlaşıb.