Sizin Reklam Burada

Deputat və iş adamı helikopter qəzasında öldü

Deputat və iş adamı helikopter qəzasında öldüRusiyanın Arxangelsk vilayətində yoxa çıxmış şəxsi helikopter tapılıb.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb

Bildirilib ki, qəzaya uğrayan "Robinson 44" helikopterinin göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov olublar.

İlkin məlumatlara görə, onların hər ikisi həlak olub. Helikopter Bıçye qəsəbəsindən beş kilometr aralıda qəzaya uğrayıb.

Bildirilir ki, sentyabrın 25-də Sergey Smetanin dostu, metal qırıntılarının emalı şirkətinin sahibi Aleksey Semyonovun helikopterində balıq ovuna çıxıb. İş adamı helikopteri özü idarə edib.

Əvvəlcə Arxangelskdən Ezevets kəndinə qədər uçublar. Orada bütün lazımi avadanlıqları götürərək yaxınlıqdakı mənzərəli göllərə doğru hərəkət ediblər. Balıq tutduqdan sonra kəndə qayıdıblar, yükləri boşaldıblar və Arxangelskə geri istiqamət alıblar.

Yolda yanacaq doldurmaq üçün Bıçye qəsəbəsinə eniblər. Oradan axşam saat 7 radələrində yaxınlarına son mesajlarını göndəriblər ki, artıq evə uçurlar və üç saatdan sonra çatacaqlar. Bundan sonra bir daha əlaqə saxlamayıblar.

Bir neçə saat sonra Smetanin və Semyonovun ailələri narahat olmağa başlayıblar, lakin uçuş razılaşdırılmadığı və helikopter heç bir aerodromda qeydiyyata alınmadığı üçün fövqəladə hallar xidmətinə dərhal məlumat verməyiblər.

Qeyri-qanuni helikopterin yoxa çıxması barədə yalnız ertəsi gün, faciənin baş verdiyi məlum olduqdan sonra danışmaq qərarına gəliblər. Sonradan məlum olub ki, "Robinson-44" bataqlıq əraziyə düşüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər