Sizin Reklam Burada

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputatHər hansı bir enerji mənbəyini bir mənbədən aldıqda asılılıq yaranır.

Bunu Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin sədr müavini Babken Tunyan deyib.

O, Nikol Paşinyanın Azərbaycandan qaz almaq imkanını istisna etmədiyinə və bunun nə dərəcədə mümkün olub-olmayacağı sualına belə cavab verib:

"Hər hansı alternativ mənbədən enerji almaq asılılığı artırmır, əksinə azaldır. Yəni biz qazı yalnız Rusiyadan alırdıqsa, sonra İrandan da almağa başladılar, üçüncü təchizatçıdan qaz almaq imkanı sizin enerji təhlükəsizliyi və müstəqillik səviyyənizi artırır. İndi qazın Azərbaycandan alınıb-alınmayacağı çox gec və nəzəri məsələdir. Amma bizdə belə bir vəziyyət yaranıbsa ki, kommersiya əlaqələri qura bilək və hər hansı resursa ehtiyacımız varsa, baxmalıyıq ki, kim o resursu daha ucuz, keyfiyyətli və daha sürətli təmin edir. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, Ermənistanın maraqlarına uyğun olarsa, bu məsələ müzakirə oluna bilər. Təbii ki, diversifikasiya və alternativ mənbələr saxlanılmalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər