"Haniyənin qətli cavabsız qalmayacaq" - Pezeşkian
Dərc olunub:
24-09-2024, 09:30
İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.
ISNA xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.
Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir