"Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranla razılaşmalara sadiqdir"
Dərc olunub:
11-09-2024, 14:10
Rusiya Zəngəzur dəhlizi ilə bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir.
Avrasiya.net xəbər verir ki, bu barədə Sankt-Peterburqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi dəyişməyib: "Rusiya Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizinə münasibətdə İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir".
Əhmədian öz növbəsində İranın bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib.