Sizin Reklam Burada

İrəvan üçün hər şey bitdi, bütün gözlər Bakıda... - Babacanyan

İrəvan üçün hər şey bitdi, bütün gözlər Bakıda... - BabacanyanErmənistanın Baş naziri Nikol Paşinyanın aprel ayında Brüsselə səfəri və Avropa Birliyi (AB) rəsmiləri ilə görüşündən sonra İrəvana maraq tamamilə itdi.

Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Avetis Babacanyan deyib.

Onun sözlərinə görə, Brüssel görüşündə baş nazirə onun təkliflərinin elə də əhəmiyyətli olmadığını, bu səbəblə az miqdarda yardım ayrılacağı bildirilib:

“Diqqət etsəniz, o gündən sonra Şarl Mişel, Jozef Borrell və digər AB rəsmiləri Azərbaycan və Ermənistan arasındakı danışıqlarda artıq əvvəlki qədər aktiv deyillər. Vasitəçilik təklifləri səsləndirmirlər, danışıqlar təşkil etməyə çalışmırlar. İrəvan rəsmiləri ölkənin AB-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsin təklif etdilər. Bu belə gözlənilən qədər səs-küy yaratmadı. Ona görə də, bu məsələ ortadan qalxdı. Yəni artıq Ermənistana Avropada heç bir maraq yoxdur, kimsənin vecinə deyil.

Lakin bizim üçün ağrılı olan bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya səfər etdi və böyük təmtəraqla qarşılandı. O, Çernibbo şəhərində keçirilən ilk beynəlxalq forumun fəxri qonağı oldu. Azərbaycanla Avropa ölkələri arasında dərinləşən ticari-iqtisadi əməkdaşlıqdan danışdı. Bakı hazırda AB-yə üzv olan 7 ölkəyə qaz satır, 3-ü isə bunun üçün növbəyə dayanıb”.

Babacanyan AB-nin yanvardan etibarən Bakının köməyinə daha çox ehtiyacı olacağını deyib:

“Bu il dekabrın 31-dən sonra Rusiya Ukrayna ərazisindən AB ölkələrinə qaz ixrac edə bilməyəcək. Son 3 ildə yaranan məhdudiyyətlərə baxmayaraq, hər il AB-yə 40 milyard kubmetr qaz ixrac olunurdu. Yanvarın 1-dən Avropa Birliyi ölkələri Rusiya qazından tamamilə məhrum olacaq. Bəs yaranan ehtiyac haradan ödəniləcək? Bütün gözlər yenidən Azərbaycandadır. O cümlədən, Rusiya da Avropaya əlavə qazın təkrar ixracı üçün qazpaylayıcı sistemdən istifadə etmək istəyi ilə Azərbaycana müraciət edib.

Yəni belə bir vəziyyətdə Ermənistan niyə kiməsə maraqlı olsun? İrəvanın KTMT-dən çıxması,ölkədəki rus bazasının taleyi,ümumiyyətlə heç nə vacib deyil. Ermənistanın AB-yə verə biləcəyi heç nə yoxdur. Biz heç Moskvaya da maraqlı deyilik. Ona görə hazırda Paşinyan Rusiya ilə münasibətləri yumuşaltmağa çalışır. Yəni Ermənistan üçün hər şey bitib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər