Sizin Reklam Burada

Rusiyada helikopter yoxa çıxdı

Rusiyada helikopter yoxa çıxdıRusiyada Mi-8 helikopteri Buryat Respublikası ilə İrkutsk vilayəti arasında itib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası idarəsindən məlumat verilib.

“İlkin məlumatlara görə, sentyabrın 3-də Buryatiya Respublikasının İrkutsk vilayəti ilə sərhədində İrkutsk - Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib. Helikopterdə olanların sayı və şəraitlə bağlı məlumatlar dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.

Helikopterin tapılması istiqamətində axtarışların aparıldığı bildirilib.

Qeyd edək ki, avqustun 31-də də Rusiyanın Kamçatka vilayətində Mi-8 helikopteri qəzaya uğramışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər