Sizin Reklam Burada

İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var

İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar varTürkiyənin İstanbul şəhərində xəstəxananın təcili yardım şöbəsinə silahlı hücum olub, 5 nəfər yaralanıb.

Bu barədə “TRT Haber” telekanalı xəbər verir.

“İstanbulun Bahçelievler rayonunda xəstəxananın təcili yardım şöbəsinə bir nəfər və ya bir qrup şəxs tərəfindən edilən silahlı basqın nəticəsində 5 nəfər yaralanıb. Hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib”, - telekanal məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlər arasında polis, jandarm və özəl təhlükəsizlik işçisi, eləcə də iki mülki şəxs var.

“Onların həyatı təhlükədə deyil. Xəstəxana binasına və təcili yardım maşınına da ziyan dəyib”, - məlumatda deyilir.

Hücum zaman istifadə edilən avtomobil daha sonra tərk edilmiş vəziyyətdə tapılıb.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər