"Ölkə bir neçə cəbhədə müharibə ilə üz-üzədir"
Dərc olunub:
30-08-2024, 09:50
Girovlarla bağlı razılaşma əldə olunmasa, İsrail bir neçə cəbhədə müharibə təhlükəsi ilə üzləşə bilər.
TASS xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Məlumata görə, Y.Qalant bu fikri hərbi kabinetin iclasında bildirib və bu, müvafiq sənəddə qeyd edilib. Hərbi rəhbərliyin nöqteyi-nəzərindən razılaşmanın əldə olunması yalnız girovların qaytarılmasına imkan verməyəcək, həm də “Hizbullah” ilə qarşıdurma səbəbindən Livanla sərhəddə gərginliyi azalda bilər.
İsrailin "12"ci telekanalının həmsöhbəti qeyd edib ki, sənəd Baş nazir Benyamin Netanyahuya göstərilib. Orada İsrailin strateji yol ayrıcında olduğu və seçim etməsinin zəruliyi bildirilib.