Rusiya MMA döyüşçüsünü terrorçu elan etdi
Dərc olunub:
28-08-2024, 17:12
Rusiya hazırda həbsdə olan MMA döyüşçüsü İlyas Yakubovu terrorçular və ekstremistlər siyahısına daxil edib.
Bu barədə “Rosfinmonitorinq” məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Yakubov İnstaqram səhifəsində çeçen səhra komandiri Şamil Basayevin ifadələri ilə video hazırlamışdı. Məhkəmə terrorizmə çağırış maddəsilə Yakubovun həbsinə qərar vermişdi.