Sizin Reklam Burada

Qara dəniz bölgəsinin inciləri – Giresun və Ordu

Qara dəniz bölgəsinin inciləri –Türkiyənin fındıq paytaxtı – Giresun

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə düzənlənən hər bir səfər maraqlı və yaddaqalan olur. Belə səfərlərdən biri avqustun 14-17-də Azərbaycandan 5, Gürcüstandan isə 3 media mənsubunun iştirakı ilə Qara dəniz bölgəsi şəhərləri Giresun və Orduya gerçəkləşdi.

İstanbuldan istiqamət götürən təyyarə Ordu-Giresun Hava Limanında endi. Bizi bələdçimiz Mustafa Yalçın Yalçınqaya və TGA-nın dəyərli əməkdaşı Özden Vanlı qarşıladı...

***

...İlk tanışlığımız Anadolunun şimal-şərqində dağların qoynunda Qara dənizin inci şəhərlərindən biri Giresunla başladı. Qara dəniz və uca, yaşıl dağlar arasında yerləşən Giresun dənizə doğru uzanan yarımadada yerləşir. Şəhərin yaranma tarixini eramızdan əvvəl 350-ci ilə aid edən mənbələr var. Yunan coğrafiyaşünasları və səyyahlarının Şərqi Qara dəniz və Giresun haqqında verdiyi məlumatlar, həmçinin qədim Anadolu tarixi araşdırmaları, şəhər və qəsəbə tarixi, dil araşdırmaları nəticəsində eramızdan əvvəl 2000-ci ildən bu günə qədər bu bölgədə türk varlığı danılmaz faktdır. Əhalisi 500 min nəfərdir. Giresun Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşıb.

Şərqi Qara dəniz sahilində yerləşən şəhərin Giresun yarımadası da var. 122 km sahil xəttinə malik olan şəhər həm də turizm şəhəridir. Giresunu ziyarət etmək üçün ən yaxşı vaxt yay aylarıdır. Şəhərin ən yaxşı vaxtları günlərin isti və rütubətli, axşamların isə sərin olduğu yay aylarıdır.

***

İlk dayancağımız yer şəhərin ən əhəmiyyətli turistik yerlərindən biri Giresun qalası oldu.
Giresun qalası şəhərin şimalında, yarımadanın şəhərinə baxan təpədə yerləşir. Qalanın günümüzə qədər gəlib çatmış qalıqları mərkəzi qüllə və onun cənub şəhər divarlarıdır. Şəhər divarlarının alt hissəsində düzbucaqlı iri daş bloklardan ibarət hissə divarların və qalanın Helenistik və Roma dövrünə aid olduğu təəssüratını yaradır.

Giresun qalası dənizi və quruyu nəzarət altında saxlaya biləcək strateji bir nöqtədə qurulub. Qalanın nə vaxt yarandığı və hansı yaşayış məskəni olduğu barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələr Kerasus adlı yaşayış məntəqəsinin və ya qalanın eramızdan əvvəl 670-ci illərdə Qara dəniz bölgəsində koloniyalar yaratmağa başlayan Miletlilər tərəfindən qurulduğunu iddia etsə də, qalanın əsasını eramızdan əvvəl 183-cü ildə Sinopu ələ keçirdikdən sonra bölgəni ələ keçirən Pontus kralı I Pharnakes (e.ə. 190-169) qoyduğu fikri hakimdir.

Məskunlaşmanın qala ilə eyni dövrdə başladığı düşünülən Giresun adasında aparılan qazıntılar zamanı ortaya çıxan arxeoloji tapıntılar Arxaik Dövrə (e.ə. 1050-600) aiddir. Qalanın nə zaman türklərin tabeliyinə keçdiyi tam aydınlaşdırılmayıb. Bəzi tarixçilər qalanın 1341-ci ildən az əvvəl Çepni türkmənlərinin basqınları zamanı ələ keçirildiyini bildirirlər. 1461-ci ildə Trabzonun Fateh Mehmet tərəfindən alınması ilə Giresun şəhəri və qalası daimi olaraq türklərin əlinə keçdi.

Qalanın dənizə hakim olması və ticarət yollarının qovşağında yerləşməsi onun sahil nəzarəti məqsədilə hərbi tikili olduğunu göstərir. Qalanın ən hündür yerində Topal Osmanın məzarı, dənizə baxan şimal yamacında isə Hacı Bektaşi Vəlinin şagirdi Qurban Dədənin şəhadəti və türbəsi var.

***

Jurnalistlərin Giresun qalası ilə tanışlığından sonra növbəti dayanacaqları Fındıq Kənd Təsərrüfatı Satış Kooperativləri Birliyi (FİSKOBİRLİK) oldu. Bu da təsadüf deyil. Axı Giresun Türkiyənin fındıq paytaxtı kimi tanınır. Fındıq Giresunda əsrlər boyu yetişdirilən və böyük iqtisadi əhəmiyyət kəsb edən bir məhsuldur. Onun fındıq istehsalında lider mövqeyi coğrafi, tarixi və iqtisadi amillərin nəticəsidir. Giresunun Qara dəniz sahilində strateji yerləşməsi fındıq əkini üçün ideal iqlim və torpaq şəraiti yaradır. Bu şəhər həm də Türkiyənin ən mühüm kənd təsərrüfatı bölgələrindən biridir və fındıq istehsalında aparıcı rol oynayır. Fındıq şəhər iqtisadiyyatında müəyyənedici faktordur və şəhərin mədəni irsinin mühüm hissəsini təşkil edir.
FİSKOBİRLİK, Atatürkün “Digər əsas məhsullarımıza, xüsusən də fındıqlara aid olan birliklər yaradılmalıdır” sözləri ilə Cümhuriyyətin elan edilməsindən sonra keçirilən 1-ci beynəlxalq fındıq konqresindən sonra 28 iyul 1938-ci ildə Giresun, Ordu, Trabzon, Keşap və Bulancak Fındıq Satış Kooperativlərinin birləşməsi ilə qurulub.

FİSKOBİRLİK ölkənin fındıqlarının sığortası olan və İstanbuldan Artvinə qədər 50 kooperativlə əlaqəli dəyişən sayda tərəfdaşları olan öz sahəsində dünyanın ən böyük istehsalçı birliyidir.

Onun əsas məqsədi etibarlı və keyfiyyətli qida yanaşması ilə daxili və xarici bazarların ehtiyac duyduğu məhsulları son istehlakçıya təqdim etmək, istehsalçının kənd təsərrüfatı və ekoloji ehtiyatlarından səmərəli və davamlı istifadəsini təmin etməklə yanaşı istehsalçının gəlirini və həyat səviyyəsini yüksəltməkdir.
Jurnalistlər bu birliyin iş mexanizmi ilə yaxından tanış oldular. Birliyin məsulları hər bir istehsalla bağlı dolğun və geniş məlumat verdilər.

Fındıqların qəbulu, təmizlənməsi, çeşidlənməsi, paketlənməsi, qablaşdırılmasından tutmuş fındaq yağı və keriminin hazırlanması prosesini izlədilər.
Bütün gigiyenik və təhlükəsizlik qaydalara riayət olunan FİSKOBİRLİK-də yüksək keyfiyyətli məhsuillar nəinki yerli alıcılara çatdırılır, hətta xarici ölkələrə də ixrac olunur. Ucuz və keyfiyyətli məhsulları ilə FİSKOBİRLİK dünyada lider istehsalçılar sırasındadır.

***

Yeri gəlmişkən, jurnalistlər Giresunda fındıq bağlarında da oldular, fındıq toplayan zəhmətkeşlərlə söhbət etdilər, hətta yığımda onlara kömək də etdilər. Yazlık kənd sakinləri ilə də söhbətləşdik. 59 yaşlı Adem Yıldırım: "İstanbulda yaşayaıram, amma bu kənddə doğulub, boya-başa çatmışam. Hər il fındıq yığımı mövsümündə kəndimə gəlirəm. 20 hektar fındıq sahəmiz var - iki qardaşımın və mənim. Ötən il mən öz sahəmdən 700 kilo fındıq topladım. Hər kilosunun 120-130 lirəyə FİSKOBİRLİY-ə satdım. Bu il məhsulumuz bol olacaq".

Digər bir sahibkar Orhan Alaca isə dedi ki, 1,5 hektar fındıq sahəsindən 1500 kilo fındıq dərib, bu dəfə 2500 kilo olacağına inanır: "Giresun fındığı dünyada məhşurdur, çox yağlı, vitaminlidir. Xarici ölkələrdən gəlib buradan fındıq alırlar. Giresunun hər bir bucağında, evlərin həyətlərində belə fındıq ağaclarını görmək olar. Fındıqdan istehsal olunan mallar bütün dünya bazarlarındadır".

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı İqtisadiyyatının və Siyasətinin İnkişafı İnstitutunun 2023-cü il Fındıq Məhsul hesabatına görə,Türkiyədə qoz-fındıq yetişdirilməsində fındıq 61,32% ilə birinci, qoz 18,77% ilə ikinci yerdədir Türkiyədə 2021-ci ildə fındıq istehsalı 684 min ton təşkil edib. 2022-ci ildə fındıq istehsalı əvvəlki ilə nisbətən 11,8% artaraq 765 min ton olub.

***

Jurnalistlər Giresun Dərəli rayonunda yerləşən və rayonda vətəndaşlar tərəfindən “ağ daş” adlandırılan və mineral suların əmələ gətirdiyi Kuzalan travertinləri və Göksu travertinlərini də ziyarət etdilər.

Qeyd edək ki, təxminən 500 hektar ərazisi olan Kuzalan Təbiət Parkında yerləşən Kuzalan travertinləri 1800 metr ərazini əhatə edir və ABŞ-dakı Yellowstone Milli Parkından sonra dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsidir. Bölgənin ən böyük travertin sahəsi olan Kuzalan travertinlərini əmələ gətirən əsas mənbənin ətrafındakı yer tamamilə mamırla örtülmüşdür. Mamırın üzərindən axan su bir neçə metrdən sonra travertin toplamağa başlayır və travertin yığılması başlayandan sonra mamır sürətlə sahəsini itirir və yox olur.

Kuzalan Təbiət Parkından təxminən 4 kilometr aralıda, Pınarlar kəndində yerləşən Göksu travertinləri, bir layihə ilə yaradılan terraslar şəklində firuzəyi və ağ rəngləri və irili-xırdalı gölməçələri ilə mini Pamukkaleni xatırladır. Travertin yüksək mineral dəyəri olan sodalı su ilə əmələ gəlir.

Göksu Travertinləri qısa zamanda bölgənin ən məşhur turizm mərkəzlərindən birinə çevrilib. Giresun Qubernatorluğu İl Xüsusi İdarəsi Mədəniyyət və Sosial İşlər Müdirliyi tərəfindən 2020-ci ildə başlanan layihə ilə Dərəli rayonunun Pınarlar kəndində yerləşən Göksu travertinlərində terras şəklində böyük və kiçik bir çox gölməçə yaradıldı.

2022-ci ildə Şərqi Qara Dəniz İnkişaf Agentliyinin (DOKA) dəstəyi ilə ziyarətçilərin ixtiyarına verilən travertinləri, ağ daşları və mineral suları ilə axan firuzəyi rəngli gölməçələri ilə qısa zamanda "Giresunun Pamukkalesi" olaraq adından söz etdirməyə başladı.
Ziyarətçilərinin sayı günü-gündən artan travertinlərin turizmdən daha çox pay ala bilməsi üçün yeni layihələr hazırlanıb. Göksu travertinləri 3 il əvvəl bölgə turizminə gətirilib. Burada axılan su günə. şüalarının təsiri ilə rəngini dəyişir, müalicəvi əhəmiyyətə malikdir, xüsusilə də ayaqlarda qaşınma, yaralara məlhəmdir. Ötən il 300 min qonağı qəbul edib. Bu il 500-600 min ziyarətçi gözləyir.

Göksu çayında irili-xırdalı dörd göldən ibarət olan Mavi Göl də eyni vadidədir. Oktyabr ayında bağlanır, mayın 1-dən yenidən turistlərin ixtiyartına verilir.
Mavi Göl üç gölün birləşməsindən ibarətdir və yerli əhali tərəfindən "Sodalı Göl və ya Göğ Göl" kimi tanınır.
Mavi gölün suyu xüsusilə yay aylarında əhəng daşlarının təsiri ilə firuzəyə çevrilir və Qara dənizin yeganə soda axını olan Göksu axını ziyarətçilərinə görünməmiş bir gözəllik təqdim edir…

...Nəticədə Giresun təbii gözəllikləri, tarixi irsi və zəngin mədəni həyatı ilə turistlərə unudulmaz təcrübə təqdim edir. Hər il minlərlə ziyarətçi bu unikal şəhəri araşdırmaq və həzz almaq üçün bu yeri seçir.


Şərqi Qara dənizin qapısı - Ordu

Jurnalistlər Giresunla tanışlıqdan sonra səhəri 40 kilometr aralıda yerləşən Qara dənizin digər turistik şəhəri Orduya gəldilər.

Ordu Qara dənizin ən uzun sahillərindən birinə malikdir. Mavi bayraqlı çimərlikləri, gözəl sahilləri, yamac paraşütü və trekkinq kimi təbiət idman növləri ilə diqqət çəkir.

Orduda gəzməli, görməli yerlər çoxdur - Aybastı Cümə axşamı yaylası, Hoynat adası, Yason burnu, Ohtamış şəlaləsi, Qaqa gölü, Çavuşlar şəlaləsi, Çambaşı yaylası, Çaka çimərliyi, Keyfalan yaylası, Kabadüz Ablak daşı, Çiseli şəlaləsi və keçilməz kanyonu ilə Boztəpə.
Mərkəzi Ordu olan vilayətin əhalisi 2024-cü ilin əvvəli məlumatlara görə 769.692 nəfərdir. Qara dəniz iqlimi və dağlıq coğrafi mövqeyinə görə Türkiyənin ən çox yağış alan 3-cü vilayətidir. Qara dəniz bölgəsinin Şərqi Qara dəniz bölgəsində yerləşir. Bununla belə, regional çaşqınlığı aradan qaldırmaq üçün hazırlanmış yeni regional statistik qaydalara görə, bütün Ordu vilayəti Şərqi Qara dəniz bölgəsində qaldı. Vilayətin şimalında Qara dəniz, cənubda Tokat və Sivas vilayətləri, qərbdə Samsun, şərqdə Giresun var.

Ordu şəhəri Boztəpənin yamaclarında salınıb. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşir və Boztəpədən əyalətin bütün gözəlliklərini, Qara dənizin əzəmətini seyr etmək doyumsuzdur. Şəhər mərkəzindən 6 kilometr aralıdadır və istəsəniz asfalt yol və ya kanat yolu ilə getmək olar. Yemək, içki və istirahət obyektləri və meşəlik gəzinti sahələri var. Ordu Azərbaycanın Gəncə şəhəri ilə qardaşlaşıb.

***

Jurnalistlər öncə Hoynat adasında oldular. Hoynat Ramazan kəndi hüdudlarında yerləşir. Sahildən təxminən 100 metr aralıdadır. Təxminən 700 kvadratmetr ərazini əhatə edir. Tarixi boyu yaşayış yeri olmamışdır. Fatsa sahil yolunda, Hoynat adası səviyyəsində olan tunel adanın adına görə Hoynat tuneli adlandırılıb.

Hoynat qədim zamanlarda dənizçilər tərəfindən anbar və sığınacaq kimi istifadə edilmiş olmalıdır. Adada aşkar edilmiş divar qalıqları bu yerin divarlarla əhatə olunduğunu deməyə əsas verir. Ada gümüş qağayılar və irəli qarabatanlar üçün çoxalma yeridir.

***

Daha sonra media mənsubları üz tutdular Yason Burnu yarımadasına.

Yarımada köhnə Ordu-Samsun yolunun üstündədir. Yason Burnunun önü daşlı olsa da, burada gəmilər dayana bilir. 10 yanvar 2008-ci ildən turizmə açılıb. Yason Burnunu ötən il 90 min yerli və xarici turist ziyarət edib.

Burunun dibində "Panaya" adlı köhnə monastır/kilsə yerləşir. Panaya kilsəsi Çaytəpə sərhədləri daxilində yarımadada yerləşir.

Bu kilsə 1868-ci ildə bölgədə yaşayan yunanlar və gürcülər tərəfindən tikilmişdir. Yason Burnu əslində çox qədim bir qəsəbədir. Eramızın III əsrində Giresunda xristianlar yaşayırdılar. İsanın doğumunu qeyd etdikdən sonra bura gəldi və İşıqlar Festivalında iştirak etdi.
Bu yarımada həm də Arqonavtların Yasonun rəhbərliyi altında Qızıl Qonu axtarmasından bəhs edən Arqonautika əfsanəsi ilə məşhurdur.

Zamanla dağılmaq üzrə olan kilsə 2004-cü ildə keçmiş Ordu valisi Kamal Yazıcıoğlunun bərpa işləri ilə əvvəlki vəziyyətinə qaytarılıb. Yalnız günbəzi Osmanlı üslubundadır.

Ulugöl Gölköy rayon mərkəzindən 17 km məsafədədir. Uzaqda yerləşən krater gölüdür. 26,5 hektar ərazisi Təbiət Parkıdır. Xüsusilə payız mövsümündə yarpaqların saralmasının yaratdığı rəng harmoniyası görənləri valeh edir. Ərazidə üç sürüşmə gölü var; Göllərdən biri böyük, digər ikisi isə qamışla örtülmüş kiçik göllərdir. Böyük göldə Abant Alasi balıqları yaşayır.
Yarımadanın cəmi 300 metr qərbində Yalancı Yason adlı bir yer də var. Burada və Yason Burnunda 4 min illik daşların oyulması ilə tikilmiş balıq gölməçələri var. Səth tədqiqatları qədim zamanlarda gil yataqlarını və keramika istehsalı və ticarətini göstərir. Bir çox turist bura su idmanı və dalğıc üçün gəlir. Bundan əlavə, xəzinə axtarmaqda maraqlı olan yerli insanlar dəfələrlə burada cəhd ediblər. Bu yarımada ilin 320 günü günəşin doğuşunu və qürubunu izləmək imkanı təqdim edir. Bundan əlavə, yarımadanın sahilləri tamamilə dəniz qabıqları ilə bəzədilib.

***

Jurnalistlər vaxt və imkan tapıb Ordunun Mərkəzi Altınordu mahalının Səlimiyə məhəlləsində yerləşən tarixi üçmərtəbəli Kahraman Sağra malikanəsini də ziyarət etdilər. Bina Ordu Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilib. Yerli xalqın dəstəyi ilə tarixi malikanə fındıqçılıqda istifadə olunan əşyaları bir araya gətirərək fındıq muzeyi kimi istifadə olunmağa başladı.
Fındığın əkindən istehsalına, yığılmasından emal və daşınmasına qədər olan proses, fındığın çətin səyahətinin materiallar vasitəsilə izah edildiyi muzeyi ziyarət edən yerli və xarici turistlərə izah edilir. Ziyarətçilər bu muzeydə hər bir mərhələni addım-addım görmək imkanı əldə etməklə yanaşı, fındıq haqqında da ətraflı məlumat əldə edə bilərlər.
Jurnalistlərin son dayanacaq yeri Boztəpə oldu. Onu da qeyd edək ki, Ordu şəhəri Boztəpənin yamaclarında salınıb. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşir və Boztəpədən əyalətin bütün gözəlliklərini, Qara dənizin əzəmətini seyr etmək doyumsuzdur. Şəhər mərkəzindən 6 kilometr aralıdadır və istəsəniz asfalt yol və ya kanat yolu ilə getmək olar. Yemək, içki və istirahət obyektləri və meşəlik gəzinti sahələri var.

***

Ordunun mərkəzində Rüsumat №4 gəmisinin maketi də uzaqdan diqqətimizi çəkdi. Bu, qurtuluş döyüşü zamanı Yunan gəmilərindən xilas olmaq üçün Ordu sahilində batırılan gəmidir. Jurnalistlərə gəmi haqqında qısa məlumat verildi. Deyildi ki, 1921-ci ildə gəmi
Qurtuluş döyüşünün ən şiddətli günlərində Qara dəniz sahilindən cəbhəyə sursat çatdırmağa çalışan Anadolu hökumətinin xarab olan gəmilərindən biri olan, yaşı 50-dən yuxarı 83 tonluq balıqçı gəmisi idi. Fırtınalı havada metal təbəqə titrəyərək dəfələrlə deşilirdi, ona görə də sementlə örtməli olurdular. Gəminin komandiri kapitan Mahmut Gökbora idi. O, çox şən, cəsur, soyuqqanlı bir canavar kapitanı idi. Qara dənizdəki düşmən donanması bu qorxmaz kapitanın cılız qayığını bütün sahillərdə axtarır, tapa bilməyəndə qarşılarına çıxan kiçik qayıqları batırır, şəhər və qəsəbələri bombalayırdı. Kazım Karabəkir Paşa Ordusunun Şərq cəbhəsindəki ermənilərdən əldə etdiyi əhəmiyyətli miqdarda döyüş materiallarını Qərb cəbhəsinə köçürmək üçün 4 saylı Rüsumat yaradıldı. Onun gəmisi 1921-ci il avqustun 15-də səhər Batumi limanına yanaşdı. Tam silah batareyasını (4 silah) bütün sursatı ilə doldurub Samsuna doğru yola düşdü.

Düşmən Rüsumatın yükündən xəbər tutdu və Batumidə sursat yükləyən başqa gəmilərlə birlikdə Rüsuməti tutmaq üçün cəld iki donanmanı Batumiyə doğru hərəkət etdirdi. Dafni və Panter adlı bu Yunan donanması 17 Avqustda Rizəni bombardman etdi və bu tarixdə ayrı bir Yunan Donanması top atəşi ilə Vonada 3 tankı batıraraq ətrafı qorxutmaq istədi. Avqustun 16-da axşam saatlarında bütün riskləri gözləyən Rüsumat 4 saylı Kapitan Mahmutun komandanlığı ilə sahilə çox yaxından üzməyə başladı və gecənin qaranlığından istifadə edərək düşmən gəmilərindən qaçaraq Trabzona çatdı. Bu əsnada yunan gəmiləri çimərlikləri skan edirdilər, lakin Rüsumatın aldığı sərt tədbirlərə görə bu qəhrəman gəmini tapa bilməyiblər. Türk dənizçiləri gəmilərinə bircə işığın sızmasının qarşısını almaq üçün qaranlıqda işləyir, hətta düşmən gəmiləri yaxınlıqdan keçəndə gəminin mühərriklərini söndürürdülər…

…Rüsumat №4 gəmi hadisəsini və orduluların qəhrəmanlığını yaşatmaq üçün gəminin belə bir tarixi maketini hazırlayıblar. Gəminin içindəki əşyalar isə həqiqidir.

***

Ordunun simvolu olan Boztəpəni şəhərdən, şəhəri isə Boztəpədən seyr etmək doyumsuzdur. Kanatla zirvəyə çıxdıq. Ordu Mərkəzində yerləşən Boztəpə, Bozukkale (Kotyora), Kural Qaya Qəsəbəsi, Büben Qaya Türbələri, Taşbaşı Mədəniyyət Mərkəzi (Köhnə Həbsxana - Kilsəsi), Etnoqrafiya Muzeyi (Paşaoğlu Köşkü) tarixi abidələrdən bəziləridir. Əsrlər boyu yaşayış məskəni olduğu üçün köhnə məscidləri, fəvvarələri, qaya məzarları, qalaları, qayalıq təpələrdəki dəhlizləri, əl işləri, sənətkarları ilə şəhəri həqiqətən mədəniyyət və turizm baxımından görməyə dəyər...

…Orduya ilin 4 fəslində gedə bilərsiniz. Ordu təbii sərvətləri, tarixi teksturası, dənizi, axarları və yaylaları ilə dünyanın ən gözəl guşələrindən biridir. Orduda bütün rəng çalarlarına rast gəlmək mümkündür. Dörd fəslin bir gündə yaşandığı şəhərdə təbiət idmanının hər cür növü ilə məşğul ola bilərsiniz. Quş seyr etmək, alpinizm, trekking, düşərgə etmək, piknik etmək, günəşin doğuşunu və qürubunu seyr etmək, üzmək, doyumsuz yaylalarda balıq yemək və hər şeydən əvvəl dincəlmək...

Cavid
Bakı-İstanbul-Giresun-Ordu-İstanbul-Bakı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər