Sizin Reklam Burada

Cavabımız sərt olacaq – İranlı general

Cavabımız sərt olacaq – İranlı generalTehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bunu "Ordu-2024" forumunda iştirak edən İranın Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmani deyib.

"İranın nöqteyi-nəzərindən, terrorçu qruplaşma HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bölgədə təhlükəsizlik balansını pozdu. Bunu dünyadakı çoxluq həll etmir, İran kimi güclü bir ölkə özü buna cavab verməlidir. Qisas üsulunu bizim ruhani liderimiz müəyyən edib. Bu, asan bir seçim deyildi", - deyə o bildirib.

General qeyd edib ki, bu vəziyyətə təsir edən iki amil var - bölgədəki vəziyyət və daxili məsələlərə yönəlmiş ikinci amil.

O, həmçinin əlavə edib ki, bütün dövlət adamları yekdilliklə belə qərara gəliblər.

Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər