Sizin Reklam Burada

İran, Rusiya, Türkiyə İsrailə qarşı vuruşacaq? Dünya bölgüsünün tərəfləri

İran, Rusiya, Türkiyə İsrailə qarşı vuruşacaq? Dünya bölgüsünün tərəfləriİran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra, keçirilən prezident seçkilırində qalib olmuş Masud Pezeşkianın uyulun 30-da keçirilən andiçmə mərasimində iştirak edən Fələstin - Həmas təşkilatının lideri İsmayıl Haniyənin Tehranda öz iqamətgahında bir dəqiq raket zərbəsi ilə məhv edilməsi sözsüz ki, İran dövlətinin və onun siyasi liderlərin nüfuzuna çox böyük zərbədir.

Əlbəttə ki, bir müddət əvvəl İsrai baş naziri Netanyahu açıq şəkildə İsrail düşmənlərini və xüsusən də Həmas lideri İsmsyıl Haniyəni də hədələmişdi. İran prezidenti İbrahim Rəisinin müamalı şəkildə helikopter qəzasında həlak olmasında da İsrail izləri mübahisə doğurmur. Bu halda İsrailin İran paytaxtında ardıcıl belə bir əməliyat keçirməsi, İran dövlətinin və fars-molla reyiminin gələcək mövcudluğunu əsaslı şəkildə şübhə altına alır.

İsmayıl Haniyənin öldürülməsi Qərbin regionda hökmranlığı istəyi ilə yanaşı, Qərb Rusiya qarşldurmasının elementləridir. Dövrümüzdə Fəlıstin- Həmas İranın idarə etdiyi təşkilata çevrilsə də, hələ sovet dövründən məlumdur ki, Fələstin və onun Həmas kimi hərbi təşkilatları Moskvanın nəzarətində və xidmətindədir. Əksər beynəlxalq konfliktlərdə və eləcə də Ermənistan - Azərbaycan münasibətlərində də olduğu kimi, Rusiya və İran Fələstin məsələsində bir və aparıcı tərəfdir. İsmayıl Haniyənin öldürülməsi Türkiyənin də proseslərdə Rusiya, İranla eyni cəbhəfə olduğunu göstərdi. Zatən Türkiyə, xüsusən də Ərdoğan hakimiyyəti Fələstin məsələsində publik və diplomatik formada həmişə İsrailə qarşı mövqedə olub.

İsmayıl Haniyənin öldürülməsindən sonra, İsrailə qarşı cavab əməliyatı keçirəcəyini İran rəsmiləri açıq bəyan edib. ABŞ kəşfiyatının məlumatına görə də İran İsrailə qarşı əməliyata hazırlaşır. Türkiyənin İrana kəşfiyat məlumatlarının ötürülməsi, yeni nəsil silahların verilməsi, hərbi məsləhətləşmələr istisna deyil. Son günlərdə Rusiyanın İrana hərbi yüklü təyyarələrinin intensiv uçuşu İranın İsrailə qarşı cavab əməliyatının əvvəlki əməliyyatlardan fərqli müstəvidə olacağını göstərir. Sözsüz ki, Türkiyə prosesə bir başa müdaxilə edən deyil. Rusiya da bir başa konflikdə iştirak etməkdə maraqlı deyil. Ancaq İsrail üçün bu sınaq müəyyən real problemlər yarada bilər. İbrahim Rəisinin həlak olmaslndan sonra, yeni seçilmiş İran prezidenti Məsud Pezeşkianın inauqurasiyasında iştirak edən İsmayıl Haniyənin ödənilməsi, bir başa "İran prezidentini də öldürə bilərdik" mesajdır. İranın keçirəcıyi cavab əməliyyatı da təbii ki, İran dövlətinin "xilası" üçün keçirəcəyi ağır əməliyyat olmalıdır. Əks halda İranın ideoloji fars-molla rejimi öz əsaslarını sarsıdacaq.

Dünyanın yenidən bölüşdürülməsi prosesinin açıq hərb fazası Rusiya - Ukrayna müharibəsinin davamı kimi, Yaxın Şərqdə müharibə edən tərəflərin artması ilə böyük müharibə ehtimalı daha təhlükəli nəticələr vəd edir. Müharibənin hətta Afrika qitısinə keçmə təhlükəsi də var.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər