İsrail qırmızı xətti keçib, cavabını verəcəyik - İran
Dərc olunub:
2-08-2024, 04:12
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə, Tehranın İsrailə cavab vermək ayrılmaz hüququdur.
Bu barədə İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri Kani rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında deyib.
O bildirib ki, İsrail İsmayıl Haniyəni öldürməklə, dünyanın və regionun təhlükəsizliyi və sabitliyini təhlükə altına alaraq qırmızı xətti keçib, buna görə də, İran şübhəsiz ki, öz ərazi bütövlüyü və milli təhlükəsizliyini müdafiə etmək kimi ayrılmaz və qanuni hüququndan istifadə edəcək.