İranda cümə imamı öldürüldü
Dərc olunub:
1-08-2024, 17:15
İranın Gilan əyalətinin Lahican şəhərində 70 yaşlı din xadimi bıçaqlanaraq öldürülüb.
Bu barədə Lahicanın polis rəisi Həmid Məhəmmədi Nəsəb məlumat yayıb.
Onun sözlərinə görə, 40 yaşlı şəxs “Ağa Seyyid Həsən” məscidinin cümə imamı Məhəmmədəli Ədibə 10 bıçaq zərbəsi vurub.
Din xadimi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən şəxs həbs edilib.