İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran
Dərc olunub:
31-07-2024, 19:59
İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla 12 qohumunu qətlə yetirib.
Axar.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Haniyənin qətlini şərh edərkən deyib.
"Son hücum zamanı sionistlər qəsdən övladları və kiçik nəvələri də daxil olmaqla, Qəzzada Haniyənin ailəsinin 12-dən çox üzvünü qətlə yetiriblər. Əminik ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək",- o bildirib.