Haniyənin ölümünə görə qisas alınacaq - İran
Dərc olunub:
31-07-2024, 10:30
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.
Bu barədə məlumat İran Ali Milli Təhlükəsizlik Şurasının X hesabında yayılıb.
Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.