Ermənistanda hərbi təyyarə qəzaya uğradı, pilotlar öldü - Foto
Dərc olunub:
19-07-2024, 11:43
Ermənistanda An-2 hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Bildirilib ki, Ermənistan MN-in balansında olan təyyarə Kotayk vilayətində yerə çırpılıb.
Pilotların hər ikisi ölüb.
Qeyd edək ki, bundan öncə “Shamshyan.com” erməni saytı hərbi helikopterin qəzaya uğradığı məlumatını yaymışdı.