Sizin Reklam Burada

İran da Zəngəzur dəhliznin açılmasına tərəfdardı - Səfir

İran da Zəngəzur dəhliznin açılmasına tərəfdardı - Səfir“İranın mövqeyi ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, tərəfdarıyıq”.

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azatutyun”a müsahibəsində Zəngəzur dəhlizi barədə suala cavab verərəkən bildirib.

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında sərhərlərin açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. İndi bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan Yeraşxa (Arazdəyən-red.) və İrəvana qədər avtomobillə əlaqə saxlaya bilərik…

Amma yol açılsa, (Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini nəzərdə tutur-red.) hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində həll edilməlidir. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividentlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir”, - səfir deyib.

Mehdi Sobhani bildirib ki, İranın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var və Tehran bu yaxşı münasibətlərdən istifadə edərək səy göstərir ki, regionda yeni müharibə olmasın:

“Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər