İranda edamlar yenidən artdı
Dərc olunub:
11-07-2024, 18:06
İranda prezident seçkilərindən sonra yenidən məhkumların edam edilməsi prosesi sürətləndirilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, bu gün Qorqan şəhərinin həbsxanasında 40 yaşlı Mustafa Hüseyni və 38 yaşlı Hatəm Şəhidinin narkotik cinayətlərində günahlandırılaraq edam olunub.
Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində İran həbsxanalarında 249 məhkum dar ağacından asılıb.