Sizin Reklam Burada

ABŞ qüvvələri İrəvanda: Bu, Rusiyaya açıq mesajdır

ABŞ qüvvələri İrəvanda: Bu, Rusiyaya açıq mesajdırHərbi fəaliyyətlər və keçirilən təlimlər siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir.

Bu sözləri Axar.az-a 15-24 iyul tarixlərind Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Eagle Partner” hərbi təlimləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General təlimin əsas məqsədinin güc nümayişi olduğunu vurğulayıb:

“Ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, bu ikincidir. Məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Buna hərbi termin kimi “bayraq göstərmək” də deyilir. Təlim ABŞ-ın Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsidir. Əlbəttə ki, bunun təlim, koordinasiya, təchizat və s. baxımından İrəvana faydaları da var. Lakin bayaq da qeyd etdiyim kimi, əsas məqsəd ABŞ-ın siyasi və hərbi baxımdan burda olduğunu nümayiş etdirməsidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər