İranda polis bölməsinə hücum: ölənlər var
Dərc olunub:
8-07-2024, 14:27
İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Etnik bəlucların silahlı qruplaşması olan “Ceyş əl-Ədl” təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.
Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.