Rusiya təyyarəsini qaçırmaq istədilər
Dərc olunub:
8-07-2024, 10:23
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyatının “Tu-22M3” strateji bombardmançı təyyarəsinin Ukraynaya qaçırılmasının təşkili cəhdinin qarşısını alıb.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, rusiyalı hərbçiyə təyyarəni qaçırmaq üçün azı 2 milyon ABŞ dolları vəd edilib: “Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus strateji bombardmançı “Tu-22M3” təyyarəsini qaçırmaq üzrə növbəti əməliyyatı dayandırıb”.