Ərdoğan vasitəçi ola bilməz - Kreml
Dərc olunub:
4-07-2024, 00:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"ın efirində bildirib.
Kreml sözçüsü Türkiyə liderinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Xeyr, mümkün deyil”.
Peskov həmçinin Ərdoğan və Putin arasında bugünkü görüşdə Ukrayna münaqişəsi mövzusu müzakirə olunduğunu təsdiqləyib.