Sizin Reklam Burada

İranda azərbaycanlı prezidentliyə namizəd irəlidədir

İranda azərbaycanlı prezidentliyə namizəd irəlidədirİranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən 6 şəxsdən biri olan azərbaycanlı Məsud Pezeşkian prezidentliyə namizəd olan siyasətçilər ilə müqayisədə daha müsbət imicə sahib şəxs sayılır. Onun korrupsiya və digər repressiyada adı hallanmır. Daha çox azərbaycanlı türklərin haqlarını gündəmə gətirməklə fars millətçilərinin hədəfinə gəlir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Məsud Pezeşkian parlament tribunasından azərbaycanlıların haqlarını müdafiə edib. İslahatçı qanada mənsub olan azərbaycanlı namizədin qalıb gəlmək şansı yüksəkdir. Amma, İran siyasi sisteminə nəzarət edən SEPAH hakimiyyəti ona buraxacağı real deyil. Həmçinin M. Pezeşkian sistemin yetişdirməsidi və Ali dini rəhbər S. Ə. Xameneinin dəstəyi ilə seçki marafonuna qoşulub. Onu bu seçkiyə buraxmaqla Güney Azərbaycan seçicilərini prosesdə fəallığını artırmaq və seçki abu-havası yaratmaqdır:

"Həqiqətən M. Pezeşkian seçki kampaniyasını uğurla həyata keçirir və teledabatlar mübahisəli şəkildə davam etdirir. Bu da ölkədə "demokratik" bir seçki görüntüsü yaradır. İran hakimiyyət sisteminə bu lazımdır və ölkədə bir neçə ildir passiv seçki prosesini aktiv seviyyəyə keçirə biliblər. Təbii ki, M. Pezeşkian prezident seçilərsə, sistemin xəttindən kənar çıxa bilməz. Azərbaycan türklərini milli haqlarının təmin olunmasına nail ola bilməz. Onun dedikləri reallıqları əks etdirsə də sadəcə, seçki prosesi üçündür və yerinə yetirilməsi üçün ilk növbədə sistemin icazəsi lazımdır. Ümumiyyətlə , İranda hakim sistem milli haqları tanımır.

M. Pezeşkian digər namizədlər M. Qalibaf və S. Cəlilidən sorğulara görə irəlidədir. Amma, seçkilərdə M. Qalibaf yaxud S. Cəlili prezident elan oluna bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər