Dağıstandakı terror hadisəsi Rusiya Qərb qarşıdurmasının nəticəsidir
Rusiyada iyunun 23-də Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum nəticəsində15 nəfər polis olmaqla, 1 keşiş, 1 kilsə mühafizəçisi və 3 naməlum şəxs öldürülüb, 44 nəfərin yaralanıb.
Dağıstanda baş vermiş terror hadisəsi sözsüz ki, Rusiya Qərb qarşıdurmasının nəticəsi, təzahürüdür. Çox təəssüflər olsun ki, Qərb yenə də islam və müsəlman "faktorundan" istifadə edib və bu terror aktı sözsüz ki, Qərbin, ABŞ-ın özünün yaratdığı terrorçu qruplarının əməlləridir. Əlbətdə ki, Qərb Rusiya qarşıdurmasının həlledici meydanı Ukraynada Rusiyanın vəziyəti əsaslı şəkildə öz xeyrinə dəyişməsi ABŞ başda olmaqla Qərbi daha da aktivləşdirib. Hərçənd ki, Rusiyanın Ukraynada təsirli uğurunun səbəbkarı da məhz Qərbin özüdür. Çünki, Qərb müharibənin ilk dövründə Ukraynaya lazımi yardımı tam şəkildə həyata keçirmədi ki, süründürməçi müharibə uzansın, Rusiyanın resursları tükənsin, Rusiyada daxili hakimiyyətə qarşı narazılıq yaransın. Ancaq, Qərbin süründürməçi planı Rusiyanı daha səfərbər olmağına, hərbi planlarında strateji dəyişiliklər etməyə və vəziyyəti öz xeyirlərinə dəyişməyə imkan yaratdı. Haqq üçün qeyd etmək lazımdır ki, Rusiyan Ukrayna müharibəsinin ilk dövrlərində Ukrayna Rusiyanın məğlubedilməz imicini məhv etdi və çox böyük uğurlara imza atdı. Ancaq qeyd etdiyim kimi, Qərb məlum səbəbdən Ukraynaya vacib silah köməyi etmədi və nəticədə müşahidə etdiyimiz vəziyyət alındı. Əslində də hər iki fövr üçün və bir halda da Qərb qaıibdir, uduşludur.
Qərbin indiki halda Rusiya qarşı gücünü səbəebər etməsi əlbəttə ki, məcburiyətdəndir, çünki vəziyət nəzarətdən çıxır, Ukrayna necəsə Rusiya ilə razılaşa bilər və Rusiya Ukrayna müharibəsi dayana bilər.
Ukraynaya strateji hücum silahlarının verilməsi və həmin silahlardan Rusiyanın ərazisinin vurulmasına icazənin verilməsi, Rusiya ərazilərində terror aktlarının həyata keçirilməsi əlbətdəki Rusiya Ukrayna müharibəsini davam etdirməkdir. Rusiya qarşı Qərbin həyata keçirdikləri eyni zamanda Ukrayna ordusunun özünə inamını artırmaq, qələbəyə inandırmaqdır. Artıq heç kimə gizli deyil ki, Ukrayna ordusunda ruh düşkünlüyü var, heyyət catışmazlığı özünü göstərir və orfuya xidmətdən yayınmaq halları artıb, səfərbərlik də tələb olunan heyyəti yığa bilmir və hətta məhkumlardan istifadə etmək qərarı verilib. Sözüz ki, bu halda Qərb bütün vasitələrlə vəziyyəti dəyişmək, Ukraynanın müqavimətini güclənfirmək üçün hərəkət edir.
Dağıstandakı terrorda bir maraqlı məqam da ondadır ki, İsrail-Həmas (Fələstin) müharibəsi fonunda demək olar ki, həmişə boş olan sinaqoqa hücumun təşkil olunub. Yəni, bu terrora aktına islam-müsəlman maskası geyindirmək mümkün olsun.
Vüqar Dadaşov