Sizin Reklam Burada

Qafqazda yeni savaş riski: İrəvan hücuma hazırlaşır

Qafqazda yeni savaş riski: İrəvan hücuma hazırlaşırFransanın Ermənistana belə təhlükəli silah göndərməsi Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa ilə Ermənistan arasında SEZAR özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Fransa bir tərəfdən vasitəçi olmağa çalışır, ATƏT-in Minsk Qrupunu diriltməyə cəhd edir, Qranada sammitində olmaq istəyir, digər tərəfdən Ermənistanı silahlandırır:

“Necə ola bilər ki, bir ölkə həm bir tərəfi silahlandırsın, həm də tərəflər arasında vasitəçi olmağa can atsın? Biz əlbəttə ki, buna etirazımızı bildirirdik. Cavab olaraq açıqlayırdılar ki, guya Ermənistana verilən silahlar müdafiə sistemləridir, burada hücumdan söhbət gedə bilməz. Ancaq müdafiə olunmaq üçün uzaqmənzilli artilleriya sistemlərinə, haubitsalara ehtiyac yoxdur. Görünən budur ki, əslində Ermənistan hücuma hazırlanır, öldürücü silahlarla təchiz olunur”.

Politoloq qeyd edib ki, Fransa dünyada hərb sənayesi inkişaf etmiş ölkələrdən biridir:

“Fransa aviasiya sahəsində dünyada ikinci, bəzi sahələrdə isə üçüncü ən böyük hərbi texnoloji gücdür. Bunları nəzərə alaraq, Ermənistanın bu cür silahlandırılmasını bölgənin qan gölünə çevrilməsi üçün hazırlanan zəmin olaraq dəyərləndirmək olar. İstənilən halda bu vəziyyət üçün mövqe ortaya qoyulmalı, həm hərbi müttəfiqlərlə birlikdə bu silahlara qarşı müdafiə sistemi hazırlamalı, həm də beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər