Sizin Reklam Burada

İranda prezident seçkiləri: ilk anket nəticələrində qalib məlum oldu

İranda prezident seçkiləri: ilk anket nəticələrində qalib məlum olduİranda 14-cü prezident seçkiləri üçün iyunun 28-də səsvermə keçiriləcək. Prezident seçkilərində mübarizə aparacaq 6 namizəd iyunun 27-si saat 08:00-dək seçkiqabağı təşviqat tədbirlərini davam etdirə biləcək.

Namizədlər aşağıdakı siyasətçilərdir:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Modern.az xəbər verir ki, İrandakı universitetlərdən birinin araşdırma mərkəzi seçki ilə bağlı proqnozlarını dərc edib.

Araşdırma mərkəzinin keçirdiyi sorğuda Qalibaf 30 faiz, Cəlili 25 faiz, Peşezkian 19 faiz, Əlirza Zakani 5 faiz, Mustafa Purməhəmmədi 4 faiz və Əmir Hüseyin Qazizadə Haşimi 2 faiz səs toplayıb.

İran Tələbələri Araşdırma Agentliyi sorğuda iştirak edən vətəndaşların 44,4 faizinin prezident seçkilərində mütləq səs verəcəklərini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər