Şərqi Azərbaycanda silahlı hücum: ölənlər var
Dərc olunub:
12-06-2024, 13:02
İyunun 11-də axşam saatlarında Şərqi Azərbaycan əyalətinin Heris şəhərində stomatoloji klinikaya silahlı hücum olub.
Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Hücum nəticəsində biri qadın olmaqla iki nəfər həyatını itirib, stomatoloq və pasiyent isə ağır yaralanıb.
Məlumatda hücum edən gəncin də intihar edərək həyatına son qoyduğu bildirilib.
İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəminində baş verib, araşdırmalar aparılır.