Rusiyada Su-34 təyyarəsi qəzaya uğrayıb
Dərc olunub:
11-06-2024, 08:41
Şimali Osetiyanın dağlıq ərazisində Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində ekipaj üzvlərinin öldüyü bildirilir.
Qəzanın ilkin səbəbinin texniki nasazlıq olduğu qeyd edilir.