Sizin Reklam Burada

Azərbaycanlı müğənni İranda həbs edildi - Foto

Azərbaycanlı müğənni İranda həbs edildi - Fotoİran hüquq-mühafizə orqanları Təbrizdən olan iki şəxsi - Milad Cəlili və Salar Taherəfşarı həbs edib.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, onlar Təbriz həbsxanasına yerləşdiriliblər. Milad Cəlilinin repçi-müğənni, Taherəfşarın isə aktivist olduğu bildirilib.

Həbs edilən azərbaycanlıların valideynləri İrandakı Azərbaycanlı Siyasi Məhbuslar Assosiasiyasına bildiriblər ki, Taherəfşar 6 ay həbsə məhkum edilib.

“Azadlıq” radiosunun fars xidməti M.Cəlilinin İnstaqram hesabında noyabrda həbs edilən 13 azərbaycanlı aktivistə mahnı həsr edib paylaşdığı üçün tutulduğunu yazıb. Onu 8 ay həbs gözlədiyi deyilir. Onların hər ikisi rejimə qarşı təbliğatda ittiham edilirlər.

Qeyd edək ki, Milad Cəlili “İlşan” ləqəbi ilə məşhurdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər