"SSRİ-ni də bərpa etməyə çalışmırıq"
Dərc olunub:
6-06-2024, 06:57
Rusiyanın imperiya ambisiyaları yoxdur.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O, xarici medianı Rusiyanı düşmən obrazına çevirməməyə çağırıb.
Putin qeyd edib ki, Rusiya SSRİ-ni dirçəltməyə çalışmır, o səhifə artıq qapanıb.
"Rusiya Federasiyasının NATO-ya hücum etmək istədiyini iddia edən Qərb öz əhalisini aldatmağa və “imperiya mövqeyini” saxlamağa çalışır”, deyə Rusiya lideri vurğulayıb.
Putin əlavə edib ki, Rusiya Federasiyasının NATO-ya hücum planları ilə bağlı bəyanatların müəllifləri axmaqdır və belə bəyanatların özü cəfəngiyyatdır.