İranın nüvə fəaliyyəti təhlükəli səviyyəyə qalxdı
İngiltərə, Fransa və Almaniya İranın nüvə proqramını inkişaf etdirmək və bu sahədə gərginliyi gücləndirmək istiqamətindəki hərəkətlərini tənqid edən bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəyanatda Tehranın nüvə proqramının təhlükəli səviyyəyə çatdığı vurğulanıb.
Bildirilib ki, İran rəsmilərinin nüvə silahı istehsal etmək qabiliyyəti, eləcə də İran hökumətinin nüvə doktrinasının dəyişdirilməsi ehtimalı ilə bağlı son bəyanatları Tehranla beynəlxalq ictimaiyyət arasında etimadı daha da zədələyib.
Üç Avropa ölkəsi bəyanatda həmçinin İrandan nüvə silahı istehsal etmək təhdidini dayandırmağı, nüvə danışıqları çərçivəsində, xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərinə əməl etməyi tələb ediblər:
“Tehran hökumətini əlavə protokolu tez bir zamanda təsdiqləməyə və onu yenidən həyata keçirməyə çağırırıq”.
Qeyd edək ki, iyunun 4-də Avropa Birliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin Qəyyumlar Şurasına ünvanladığı bəyanatda İranın nüvə silahı əldə etməməsinin bu Birliyin əsas təhlükəsizlik prioritetlərindən biri olduğunu yazıb.