Pandemiya zamanı yazılan cərimələr silinəcək
Dərc olunub:
3-06-2024, 12:13
Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək”, - deyə Baş nazir bildirib.