Saakaşvilinin partiyasının binasına silahlı hücum edildi
Dərc olunub:
1-06-2024, 10:59
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyasının Tbilisinin Kaxeti küçəsində yerləşən mərkəzi ofisinə silahlı hücum olub.
Bu barədə müxalifət partiyanın sədri Levan Xabeişvili canlı yayımda bildirib.
Onun sözlərinə görə, ofisə 40-dan çox maskalı şəxs hücum edib.
Hadisənin digər təfərrüatları məlum deyil.