Polis aksiyaya rəhbərlik edən erməni keşişi döydü
Dərc olunub:
31-05-2024, 16:16
Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi ilə Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirilir.
Erməni KİV bildirir ki, Baqrat Srbazan itaətsizlik aksiyası zamanı döyülüb.
"Baqrat Srbazan qara berelilər tərəfindən təpiklə vurulub. Qırmızı berelilər din xadimlərini saxlayıb və Xarici İşlər Nazirliyinin qarşısındakı toplantını işıqlandıran jurnalistlərin bəzilərini döyüblər", - Vətən üçün Tavuş hərəkatının məlumatında deyilir.