İran prezidentliyinə namizədlərin qeydiyyatı başladı
İranda iyunun 28-nə təyin edilmiş prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olanlar üçün beş günlük qeydiyyat müddəti başlayıb.
Bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi açıqlayıb.
Namizədlərin qeydiyyatı iyunun 3-də başa çatacaq. İyunun 4-dən iyunun 10-dək İran Konstitusiyasının Keşikçilər Şurası hər bir qeydiyyatdan keçən şəxsin lazımi tələblərə uyğunluğunu yoxlayacaq.
O cümlədən, 40 yaşdan 75 yaşa qədər ən azı magistr dərəcəsi olan şəxslər səsvermə üçün qeydiyyatdan keçə bilərlər. Şura ərizələrə baxdıqdan sonra İranın Daxili İşlər Nazirliyi təsdiq edilmiş namizədləri iyunun 11-də elan edəcək, ardınca isə seçki kampaniyası öz növbəsində iyunun 26-dək davam edəcək.
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub, bundan sonra yeni seçkilərin keçirilməsi ilə bağlı qərar açıqlanıb.